Astara sakinindən külli miqdarda narkotik götürülüb

Astara sakinindən külli miqdarda narkotik götürülüb
# 15 may 2018 13:16 (UTC +04:00)

Lerikdə Astara sakinindən 1 kq 310 qram narkotik vasitə götürülüb.

APA-nın cənub bürosunun məlumatına görə, Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Ələmdar Rəhimov saxlanılıb. Onun üzərində 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkarlanıb.

Ə. Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Lerik Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR