Goranboyda 5 yaşlı uşağı maşın vurub

Goranboyda 5 yaşlı uşağı maşın vurub
# 15 may 2018 14:02 (UTC +04:00)

Goranboy rayonunda azyaşlını avtomobil vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Kən ərazisindəki yolda 2013-cü il təvəllüdlü Quliyev Mayıl Kamil oğlunu maşın vurub.

Xəsarət alan uşaq xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR