Bakıda NATO tərəfdaşları arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir

Bakıda NATO tərəfdaşları arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir
# 15 may 2018 14:17 (UTC +04:00)

NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir. Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR