Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub - YENİLƏNİB

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 15 may 2018 17:51 (UTC +04:00)

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə dili qatlanıb (qıcolma).

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib.

Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 18.02

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR