İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
# 15 may 2018 16:21 (UTC +04:00)

Penitensiar xidmətin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməliyyat aparatının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Rəsulov Nofəl Şəmşir oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman gizlətdiyi və axtarış zamanı udmağa cəhd etdiyi sellofan bükülüdə 0,837 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR