ABŞ Krım körpüsünün tikintisindən narahatdır

ABŞ Krım körpüsünün tikintisindən narahatdır
# 16 may 2018 03:55 (UTC +04:00)

ABŞ Krım körpüsünün istifadəyə verilməsindən narahatdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert bildirib.

Onun sözlərinə görə, körpünün tikintisi naviqasiyaya problem yaradıb.

“Biz bunu diqqətlə izləyirik və bu bizi çox narahat edir”, - deyə Xizer Nauert bildirib.

Onun sözlərinə görə, Dövlət Departamentində körpünün təntənəli açılış mərasimini və Rusiya prezidenti Vladimir Putinin idarə etdiyi yük maşınının körpüdən keçməsini izləyiblər.

Böyük Britaniya da Krım körpüsünün açılışını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR