HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib

HƏMAS lideri Qəzza zolağı sərhədlərində etirazların davam etdiriləcəyini bəyan edib
# 16 may 2018 04:47 (UTC +04:00)

Qəzza zolağında hakim HƏMAS hərəkatının lideri İsmayıl Haniyə “Böyük qayıdış marşı”nın davam etdiriləcəyini bəyan edib.

“Qayıdış marşı davam edir, davam edir, davam edir...”, - deyə İ.Haniyə Qəzza şəhəri yaxınlığındakı ən böyük etiraz düşərgəsində jurnalistlərə bildirib.

“Qurbanlarımız marşın davam etdirilməsi üçün bir növ “yanacaq”dır”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR