Putin: “Yeni silahlar Rusiyanın imkanlarını dəfələrlə artırır”

Putin: “Yeni silahlar Rusiyanın imkanlarını dəfələrlə artırır”
# 16 may 2018 05:45 (UTC +04:00)

Yeni silahlar Rusiyanın imkanlarını dəfələrlə artırır, dünyada strateji balansın saxlanılmasını on illik müddətə təmin edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbi müşavirədə bildirib.

“Cari ildə ilk dəfə dünyada analoqu olmayan sistemlər və perspektivli silah nümunələrimiz nümayiş etdirildi. Onlar Rusiyanın təhlükəsizliyinin təmin edilməsi imkanlarının dəfələrlə artırır, dünyada strateji balansın onillik müddətə qorunub saxlanılmasını təmin edir”, deyə Putin qeyd edib.

“Biz onların müxtəlif hazırlıq səviyyəsində olduğunu bilirik, bu məsələləri diqqət mərkəzində saxlamaqda davam edəcəyik”, - deyə Rusiya prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR