Azərbaycanda inşaat şirkəti nizamnamə kapitalını kəskin azaldıb

Azərbaycanda inşaat şirkəti nizamnamə kapitalını kəskin azaldıb
# 16 may 2018 06:43 (UTC +04:00)

"Garant İnşaat Sənaye" MMC nizamnamə kapitalını azaldıb.

APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı endirilərək hər biri 712 manata bərabər 25 min paydan ibarət olmaqla 17 mln. 800 min manat müəyyən edilib.

Qeyd edək ki, nizamnamə kapitalının əvvəlki dəyəri hər biri 1000 manata bərabər 25 min paydan ibarət olmaqla 25 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR