Prezident İlham Əliyev Naxçıvana səfər edib

Prezident İlham Əliyev Naxçıvana səfər edib
# 16 may 2018 07:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

APA-nın xəbərinə görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının hökumət üzvləri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR