Bakı-Quba yolunda qoz ağacları kəsilib

Bakı-Quba yolunda qoz ağacları kəsilib
# 16 may 2018 08:31 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.

Nazirlikdən APA-ya bildirilib ki, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkarlanıb və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR