Tərtərdə iki minik avtomobili toqquşub, ölən var

Tərtərdə iki minik avtomobili toqquşub, ölən var
# 16 may 2018 09:37 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən M.Əsədov orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR