Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub

Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub
# 16 may 2018 10:12 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyində yeni təyinat olub.

APA-nın məlumatına görə, Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib.

R. Həsənov APA-ya açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, R. Həsənov Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub.

R. Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR