AFFA “Səbail”in baş məşqçisini və “Zirə”nin futbolçusunu cəzalandırıb

AFFA “Səbail”in baş məşqçisini və “Zirə”nin futbolçusunu cəzalandırıb
# 16 may 2018 10:34 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVII turunda baş verənlər müzakirə olunub.

“Neftçi” ilə matçın 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “Səbail”in baş məşqçisi Samir Əliyevin cəzası ağır olub. O, 5 oyunluq kənarlaşdırılıb və klubunu 4000 manat ziyana salıb.

“Zirə” – “Kəpəz” oyununda qırmızı vərəqə alanların cəzaları fərqli olub. Görüşün 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin legioneri Milan Duriç 4 oyunluq cəzaya layiq görülüb. Onun komandası 3200 manat cərimə olunub.

Matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Kəpəz”in futbolçusu Kamran Abdullazadə yalnız 1 oyunluq cəza alıb. Gəncə klubu 200 manat ödəməlidi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR