Prezident Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi ilə tanış olub - YENİLƏNİB

Prezident Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi ilə tanış olub - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2018 11:33 (UTC +04:00)

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Azərbaycan prezidenti silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Ali Baş komandana “ORBİTER-3B” pilotsuz uçuş aparatı təqdim edildi. Bildirildi ki, cəmi 28 kiloqram çəkisi olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını təyin etmək mümkündür. Sürəti saatda 93 kilometr olan aparatın maksimal uçuş məsafəsi 120 kilometr, uçuş müddəti isə 7 saatdır.

Ali Baş Komandana təqdim olunan 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması, 120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.

Dövlət başçısı “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşınının da texniki-taktiki göstəriciləri ilə tanış olub. Üzərində kran quraşdırılmış nəqliyyat doldurucu maşın idarəolunan zenit raketlərin konteynerdə və açıq vəziyyətdə daşınması, buraxıcı qurğuya doldurulub-boşaldılması üçün nəzərdə tutulub. Bu texnika ilə 4 ədəd raket daşımaq mümkündür.

Prezident İlham Əliyevə “SAND CAT” zirehli avtomobilinin taktiki-texniki göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, bu zirehli yüngül avtomobil komanda heyətinin, silahlı bölmələrin, onlara aid avadanlığın və silah sistemlərinin daşınması, düşmənin canlı qüvvəsinin, zirehli texnikalarının və möhkəmləndirilmiş atəş mövqelərinin məhv edilməsi üçün təyin olunub. Avtomobil 12,7 millimetrlik pulemyot, 2 raketdən ibarət ”Spiker-LR” tank əleyhinə idarə olunan kompleks və 120 millimetrlik minaatanla təchiz edilib.

152 millimetrlik “QİASİNT-B” topu düşmənin canlı qüvvəsini, atəş vasitələrini və marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, dayaq məntəqələrini məhv etmək və susdurmaq imkanlarına malikdir. Bu qurğunun maksimal atış məsafəsi aktiv-reaktiv mərmi ilə 35,5, adi mərmi ilə 28,6 kilometrdir.

Müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor döyüş meydanında fəaliyyət göstərən piyadanın mobilliyini, silahlanmasını və müdafiəsini yüksəltmək, düşmənin canlı qüvvəsini, tank əleyhinə vasitələrini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulur. Döyüş maşınında 30 millimetrlik top və 7,62 millimetrlik pulemyot quraşdırılıb.

Burada nümayiş olunan “TOS-1A” ağır odatan yaylım atəş sistemi düşmənin taqım dayaq məntəqələrini, həmlə edən bölüklərini, artilleriya və minaatan batareyalarının atəş mövqelərini və marşda olan avtomobil kolonlarını məhv etmək iqtidarına malikdir. 220 millimetrlik sistemin 24 istiqamətləndiricisi var və maksimal atəş məsafəsi 6 min metrdir.

“XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi dinamik örtüklə təchiz edilmiş tankları, piyadaların döyüş maşınlarını və digər yüngül zirehli hədəfləri, fortifikasiya qurğularını və uzunmüddətli atəş nöqtələrini, alçaqdan uçan təyyarə və vertolyotları məhv etmək imkanlarına malikdir. Batareya komandirinin idarəetmə maşını düşmənin güc və vasitələrinin aşkar edilməsi, taqım və heyətlər arasında hədəflərin bölüşdürülməsi üçün təyin olunub.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR