ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb
# 16 may 2018 12:05 (UTC +04:00)

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı deyib.

Onun sözlərinə görə, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur".

Ş. Səfərov əlavə edib ki, ETSN-in mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır, təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

Qeyd edək ki, dünən Bayılda çökmə nəticəsində iki ev tam, ikisi qismən dağılıb, təhlükəli ərazidə 20 ev var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR