HAMAS İsrailin Qəzzaya göndərdiyi humanitar yardımdan imtina edib

HAMAS İsrailin Qəzzaya göndərdiyi humanitar yardımdan imtina edib
# 16 may 2018 13:05 (UTC +04:00)

"Hazırda Qəzza zolağında təhlükəsizlikə bağlı mövcud vəziyyət və tibbi avadanlıqların çatışmaması ilə əlaqədar İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib".

Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, göndərilmiş humanitar yardım Qəzzaya daxil olsa da, geri qaytarılıb: "Səhiyyə sisteminin ağır vəziyyəti və tibbi təchizatın olmamasına baxmayaraq, HAMAS humanitar yardımı qəbul etməkdən imtina edib və yerli hakimyyət orqanlarına onları İsrailə geri göndərməyi tapşırıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR