Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgilərlə tanış olub

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgilərlə tanış olub
# 16 may 2018 12:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2018) və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2018) sərgiləri ilə tanış olub.

"APA-Economics"in məlumatına görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına sərgilərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR