Bu il mobil operatorlar 281 mln. manat gəlir əldə edib

 Bu il mobil operatorlar 281 mln. manat gəlir əldə edib
# 16 may 2018 12:55 (UTC +04:00)

Cari ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 569,9 mln. manatlıq xidmət göstərib ki, onun da 71,8%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,3%-i və ya 281,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR