Azərbaycanda neft hasilatı 1,4% artıb, qaz hasilatı isə 11% azalıb

Azərbaycanda neft hasilatı 1,4% artıb, qaz hasilatı isə 11% azalıb
# 16 may 2018 13:12 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,9 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,1% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 12,8 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 5,6 mlrd. kubmetr təşkil edib.

Bu ilin yanvar-aprel aylarında ölkədə 12 817,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel ayının göstəricilərinə nisbətən 1,4% çoxdur. Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 12 799,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,4% artıb.

2018-ci ilin yanvar-aprel ayı ərzində ölkədə 9 280,7 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 5,8% çoxdur. Bunun 5 602,7 min kubmetri əmtəəlik təbii qazıdır ki, bu da daha əvvəlki illə müqayisədə 10,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR