“Cavad Xan” baletinin premyerası keçiriləcək

“Cavad Xan” baletinin premyerası keçiriləcək
# 16 may 2018 13:24 (UTC +04:00)

İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun “Cavad Xan” baletinin premyerası keçiriləcək. APA-nın məlumatına görə, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunub.

Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad Xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Yeni tamaşanın quruluşçu baletmeysteri xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı isə xalq rəssamı Rafiz İsmayılovdur.

Tamaşada əsas rolları xalq artisti Gülağası Mirzəyev (Cavad xan), əməkdar artistlər Nigar İbrahimova (Cavad xanın həyat yoldaşı), Samir Səmədov (general Sisianov), Makar Ferştandt (çar Aleksandr I) və aparıcı solist Ayan Eyvazova (gürcü şahzadəsi) ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR