Yavər Camalov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb

Yavər Camalov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb
# 16 may 2018 14:00 (UTC +04:00)

Mayın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, Y. Camalov O. Dviqalyovu Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinə sədr təyin olunması münasibətilə təbrik edib və nazirliyin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib..

Görüşdə Azərbaycan ilə Belarus arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR