Bu il Azərbaycanda avtomobil benzinin istehlakı cüzi azalıb

Bu il Azərbaycanda avtomobil benzinin istehlakı cüzi azalıb
# 16 may 2018 14:05 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak edilən yanacaq məhsullarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilk rübündə ölkədə 323,0 min ton dizel yanacağı istehlak edilib ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 17,7% çoxdur.

Bu ilin birinci rübündə ölkədə 288,8 min ton avtomobil benzini istehlak edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% azdır.

Bu müddət ərzində 81,3 min ton aviasiya üçün və sair ağ neft istehlak edilib ki, bu da 2017-ci ilin ilk 3 ayı ilə müqayisədə 14,8% çoxdur. Neft-kimya sənayesində istifadə üçün benzinin istehlakı da 0,8% artaraq 53,3 min ton olub.

Bu il 35,8 min ton neft bitumu və 32,5 min ton maye qaz istehlak edilib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə müvafiq olaraq 2 dəfə artım və 16,1% azdır.

Bu müddət ərzində 16,6 min ton sürtkü yağları istehlak edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 99,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR