I rübdə Azərbaycanda istehlak edilən təbii qazın 4,9%-i itkiyə gedib

I rübdə Azərbaycanda istehlak edilən təbii qazın 4,9%-i itkiyə gedib
# 16 may 2018 14:07 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 7,7 mlrd. kubmetr olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 57,8%-i hasilatın, 29,7%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 12,5%-i isə idxalın hesabına formalaşıb.

Ehtiyatların 43,2%-i ölkə daxilində istehlak edilib, 34,6%-i ixrac olunub, 4,9%-i itkiyə gedib, 17,3%-i 2018-ci ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR