Naxçıvanda raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib

Naxçıvanda raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib
# 16 may 2018 14:21 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub.

MN-dən APA-ya verilən məlumata görə, təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR