ABŞ-ın Federal Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

ABŞ-ın Federal Aviasiya Administrasiyası: Azərbaycanda uçuşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur
# 16 may 2018 14:41 (UTC +04:00)

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan Respublikası üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib.

Bu barədə "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

"2014-cü ildə Respublikada uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.

FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR