Səməd Seyidov: "AŞPA-nın sanksiyasına məruz qalanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlərdir"

Səməd Seyidov: "AŞPA-nın sanksiyasına məruz qalanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlərdir"
# 16 may 2018 15:10 (UTC +04:00)

“AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən şəxslərdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyət göstərən insanlar daim qurumda sanksiyaya məruz qalıb: “Ən əsası da bir neçə komitədə, bir neçə iclasda Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı məsələlər qaldıran insanlar bu gün sanksiyaya məruz qalıb.

Əsas hədəf hansısa şəxs deyil. Nümayəndə heyətimizin rəhbəri bu gün bir şəxsdir, sabah başqa şəxs ola bilər. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Biz buna müdaxiləyə imkan verməyəcəyik. Azərbaycanın AŞPA-da fəaliyyətini daha da yüksək formada təşkil edəcəyik. Bu sanksiya Azərbaycana deyil, AŞPA-nın öz nüfuzuna mənfi təsir göstərəcək. Biz növbəti sessiyada iki nəfərlə də olsa, təmsil olunacağıq, boş qalan yerlərə də şəxslər seçiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR