Bu ilin ilk rübündə Azərbaycanda 35 min daimi iş yeri açılıb

Bu ilin ilk rübündə Azərbaycanda 35 min daimi iş yeri açılıb
# 16 may 2018 15:16 (UTC +04:00)

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 aprel 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 765 min olmaqla 565,2 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 59,6%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 35,5%-i Bakı şəhərinin, 1,4%-i Naxçıvan Muxtar Respublikasının, 63,1%-i regionların, o cümlədən 16,2%-i Aran, 11,3%-i Gəncə-Qazax, 10,3%-i Lənkəran, 6,6%-i Abşeron, 6,4%-i Yuxarı Qarabağ, 4,1%-i Quba-Xaçmaz, 4%-I Şəki-Zaqatala, 3,9%-i Dağlıq Şirvan, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,5%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1%-i mövcud müəssisə və təşkilatlarda, 0,6%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 51,8%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 26,4%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 15%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4%-i tikinti, 10,6%-I dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,1%-i emal sənayesi, 4,4%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 15,2%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR