Nümayəndə heyətinin rəhbəri: "Bu cür Avropa Şurasını heç kim qəbul etməyəcək"

Nümayəndə heyətinin rəhbəri: "Bu cür Avropa Şurasını heç kim qəbul etməyəcək"
# 16 may 2018 15:41 (UTC +04:00)

“Əminəm ki, Avropa Şurası dəyişəcək. Mən buna əminəm. Çünki biz 2001-ci ildə bu quruma gələndə Strasburqdakı binasına görə gəlməmişik. Qanunun aliliyi, demokratiya, ümumbəşəri dəyərlər və insan haqları üçün gəlmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda qurumda ümumbəşəri dəyərlərdən alət kimi, ölkələrə təsir forması kimi istifadə olunur: “Ona görə də bu cür Avropa Şurasını heç kim qəbul etməyəcək. Bu, tezliklə dəyişəcək. Ona görə də biz heç vaxt Avropa Şurasını tərk etməyəcəyik. Bizim bayrağımız bu qurumda ulu öndər Heydər Əliyev tərəfindən qaldırılıb. Bura bir meydandır, bundan istifadə etmişik, edirik və edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR