Azərbaycan prezidenti Norveç kralını təbrik edib
APA Azeri Press Agency

Azərbaycan prezidenti Norveç kralını təbrik edib

[ 16 May 2018 17:49 ] | APA

Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, məktubda deyilir:

 

“Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.