Gürcüstanda Bakı-Batumi neft kəmərinin stansiyasına mədəni irs statusu verilib

Gürcüstanda Bakı-Batumi neft kəmərinin stansiyasına mədəni irs statusu verilib
# 16 may 2018 19:22 (UTC +04:00)

Gürcüstanda yerləşən beş obyektə mədəni irs abidəsi statusu verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, obyektlərin siyahısında Bakı- Batumi neft kəmərinin neft vurma stansiyası da var.

1903-cü ildə tikilmiş stansiya Mtsxeta şəhərində Armazi küçəsi 2 ünvanında yerləşir. Stansiyaya xüsusi statusun verilməsi ilə bağlı qərar Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi tərəfindən qəbul olunub.

Qeyd edək ki, Bakı neftinin Qara dəniz sahilindəki Batumi limanına daşınmasını nəzərdə tutan Bakı-Batumi neft kəmərinin tikintisi 1897-ci ildə başlayıb və 1907-ci ildə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR