“Rabitəbank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

“Rabitəbank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
# 17 may 2018 06:40 (UTC +04:00)

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının 11 may 2018-ci il tarixli qərarına əsasən iyunun 27-də saat 17:00-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Yığıncaqda bankın 2017-ci maliyyə ili üzrə balansının ,mənfəət və zərər haqqında hesabatının, audit komitəsinin hesabatının, Müşahidə Şurası əsasnaməsinin təsdiqi və digər məsələlərə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR