DİM sədri: "Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb"

DİM sədri: "Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb"
# 17 may 2018 09:51 (UTC +04:00)

"2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb".

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.

Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR