Ötən rüb “Azəri-Çıraq-Günəşli”də 7 mln. ton neft hasil edilib

Ötən rüb “Azəri-Çıraq-Günəşli”də 7 mln. ton neft hasil edilib
# 17 may 2018 10:13 (UTC +04:00)

Bu ilin 1-ci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (53 000), “Mərkəzi Azəri” (156 000), “Qərbi Azəri” (123 000), “Şərqi Azəri” (94 000), “Dərinsulu Günəşli” (109 000) və “Qərbi Çıraq” (62 000) platformalarından birlikdə – gündə orta hesabla 597 000 barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub. Rüb ərzində AÇG-də 5 neft hasilat quyusu qazılıb.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Statoil” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR