BTC ilə 8 mln. ton xam neft ixrac olunub

BTC ilə 8 mln. ton xam neft ixrac olunub
# 17 may 2018 10:27 (UTC +04:00)

Bu ilin 1-ci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 63 mln. barel (8,3 mln. ton) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 391 mln. tondan artıq (2,93 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 mln. dollar, əsaslı xərclərə isə təqribən 5 mln. dollar xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); Eni (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR