I rübdə “Şahdəniz”dən 2,7 mlrd. kubmetr qaz və 0,6 mln. ton kondensat hasil edilib

I rübdə “Şahdəniz”dən 2,7 mlrd. kubmetr qaz və 0,6 mln. ton kondensat hasil edilib
# 17 may 2018 10:35 (UTC +04:00)

Bu ilin 1-ci rübü ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakl-Tbilisi-Ceyhan şirkətinə qaz çatdırılması davam edib.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, rüb ərzində yataqdan 2,7 mlrd. standart kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.

2018-ci ilin 1-ci rübündə “Şahdəniz” “Alfa” platformasında SDA11 quyusunda qazma işləri davam edib. İstiqlal qazma qurğusu SDD03 quyusunu tamamlamış və SDD04 quyusunda tamamlama işlərinə başlanıb. “Maersk Explorer” qurğusu SDH01 quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirilib.

Bu iki qurğu “Şahdəniz 2” üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında isə üç quyunu tamamlayıb. “Şahdəniz 2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR