Cənub Qaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin 99%-i tamamlanıb

Cənub Qaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin 99%-i tamamlanıb
# 17 may 2018 10:57 (UTC +04:00)

Bu ilin 1-ci rübü ərzində Cənub Qaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.

CQBK-nin genişləndirilməsi layihəsinin operatorlarından biri “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

Bütün xətt boyunca əsas kəmər istismar qaynaqlarının hamısı tamamlanıb, kəmərin tam hazır olması üçün yalnız birləşmə qaynaqları qalır.

Gürcüstandakı 1-ci kompressor stansiyasına artıq karbohidrogen daxil edilib və əməliyyatlara hazırdır. Türkiyəyə ilk kommersiya çatdırmaları üçün lazım olan bütün infrastruktur artıq tamamlanıb. 2-ci kompressor stansiyasında istismar sınaqları başlanıb və işlər qrafik üzrə irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR