Gömrükçülər aksiz markasız siqaret və araq aşkarlayıb

Gömrükçülər aksiz markasız siqaret və araq aşkarlayıb
# 17 may 2018 12:51 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Mercedes Benz -0403" markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı aksiz markasız siqaretlərin və araqların olduğu müəyyən edilib.

Daha sonra Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası olmayan 10 ədəd 0,5 litrlik, 6 ədəd 1 litrlik "Nemiroff", 11 ədəd "Celsius" markalı araqlar, 3600 ədəd "Winston XS silver", "Marllboro" və "Parliament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR