Xalq Cümhuriyyətinə həsr olunan qiraət müsabiqəsi keçirilib

Xalq Cümhuriyyətinə həsr olunan qiraət müsabiqəsi keçirilib
# 17 may 2018 14:34 (UTC +04:00)

6 nömrəli məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə 5-11-ci siniflər arasında (rus bölməsi) Azərbaycan dilində vətənpərvərlik mövzusunda bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.

APA-nın məlumatına görə, final mərhələsinə 17 iştirakçı qatılıb. 100 yaşlı cümhuriyyətimizin şanlı tarixini əks etdirən video-çarxdan sonra çıxış edən məktəbin direktoru Gülşən Orucova vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin məktəblilər üçün əhəmiyyətindən bəhs edib.

Müsabiqədə xalq artisti Laləzar Mustafayevanın rəhbərliyi ilə münsiflər heyəti bacarıqlı şagirdlərin arasında ən yaxşısını seçiblər.

Digər iştirakçılara təşəkkürnamələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR