Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalıb

Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalıb
# 17 may 2018 14:32 (UTC +04:00)

Gürcüstanda 82 Azərbaycan məktəbi fəaliyyət göstərir.


APA-nın yerli bürosunun məlumatına görə, bu göstərici Gürcüstanın Etniklik və Multikulturalizm Araşdırmaları Mərkəzi (CSEM) tərəfindən hazırlanmış interaktiv xəritədə əks olunub. Azərbaycan məktəblərində təhsil alan şagirdlərin sayı 15 597 nəfər təşkil edir.


Xəritədə gürcü- Azərbaycan bölmələrinin olduğu məktəblərin sayının 29 olduğu göstərilib.

Gürcüstanda erməni dilli məktəblərin sayı isə 115 təşkil edir. Həmin məktəblərdə 12 657 şagird təhsil alır.

Etniklik və Multikulturalizm Araşdırmaları Mərkəzindən (CSEM) bildirilib ki, xəritəyə daxil edilmiş məktəblərin sayı ilə bağlı göstəricilər 2017-2018-ci dərs ilini əhatə edir və onlar Gürcüstan Təhsil və Elm Nazirliyinin rəsmi məlumatına əsaslanıb.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda 124 Azərbaycan məktəbinin olduğu barədə məlumatlar yayılıb. Bu göstərici 2008-2009-cu dərs ilinə aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR