Azərbaycanda dəniz suyundan alınan təmiz suyun həcmi açıqlanıb

Azərbaycanda dəniz suyundan alınan təmiz suyun həcmi açıqlanıb
# 18 may 2018 09:42 (UTC +04:00)

“Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksində bu günədək 3894 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1687995 kubmetr həcmində təmiz su istehsal olunub”.


APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolu ətrafında yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Mətbuat konfransında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramiq Əşrəfov bildirib ki, bu ilin dörd ayı ərzində müxtəlif qurumlardan daxil olmuş müraciətlər əsasında 69 ədəd ağac digər ərazilərə köçürülüb: “Nazirliyin tələbi ondan ibarətdir ki, ağaclar kəsilməsin. Dörd ay ərzində əsasən Xətai, Nərimanov və Yasamal rayonlarından ağaclar köçürülüb. 69 ağac çox rəqəm deyil, bunun sayı çox ola bilərdi. Ağacların yaşına, boyuna və köçürülmə məsafəsinə görə qiymətlər dəyişir. Bir ağacın köçürülməsi təxminən 50-60 manat təşkil edir ki, bu da böyük rəqəm deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR