Səfir: “Tacikistanda ekoloji və səhiyyə turizminə xüsusi önəm verilir”

Səfir: “Tacikistanda ekoloji və səhiyyə turizminə xüsusi önəm verilir”
# 18 may 2018 13:51 (UTC +04:00)

“Tacikistanda atçılıq, velosiped turizmi inkişaf edib”.


APA-nın xəbərinə görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliev Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Ölkəsinin turizm potensialı haqqında məlumat verən səfir bildirib ki, Tacikistan həm də ekoloji, səhiyyə turizminə xüsusi önəm verir.

Dünyada terrorizmlə mübarizədən söz açan R.Soliev deyib ki, Tacikistan qonşu ölkələr, eləcə də Azərbaycanla terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: "Terrorizmlə mübarizədə bütün qonşu dövlətlərlə əməkdaşlıq edirik. Bütün bunlar terrorizm cəhdlərinin qarşısının alınmasına yönəlib. Terrorizmə beynəlxalq əməkdaşlığı gücləndirməklə son qoymaq mümkündür ".


Səfir bildirib ki, 3-4 may tarixlərində Tacikistanda terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması üzrə yüksək səviyyəli beynəlxaq konfrans təşkil edilib. Konfransda "Düşənbə" Bəyannaməsinin qəbul edildiyini deyən diplomat sənəddə bununla bağlı bütün detalların əks olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR