Heydər Əliyev Sarayında Qurtuluş Gününə həsr olunmuş konsert keçiriləcək

Heydər Əliyev Sarayında Qurtuluş Gününə həsr olunmuş konsert keçiriləcək
# 23 may 2018 12:37 (UTC +04:00)

İyunun 12-də Heydər Əliyev Sarayında Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Şərəf tariximiz” adlı konsert proqramında xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə, Roza Zərgərli, Elxan Qaraxanoğlu, Lətifə Soyuöz, Nisbət Sədrayeva, Orxan Babazadə, Əhməd Mustafayev, Ramazan Mustafayev, Ramazan Şərifzadə və Dana Durdana iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, APA konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR