"Azərbaycan ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanda dini azadlıqda bağlı hesabatına rəsmi cavab vermişik. Qəti şəkildə bildirmişik ki, hesabatdakıların heç biri həqiqətə uyğun deyil".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, Azərbaycanda dini etiqad azadlığı dünyada ən qabaqcıl ölkələrdən belə yüksək səviyyədədir: "ABŞ-da səfərdə olduğumuz zaman da bu məsələni müzakirə etdik. ABŞ səfirliyinə də bu barədə məlumat verilib. Həmin sənəddə çoxlu yanlışlığa yol verilib, 2-3 il əvvəlki faktı builki fakt kimi yazıblar. Azərbaycanda dini fəaliyyətə heç bir təqib yoxdur. Əgər bu və ya digər şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə hökmü ilə cəzalandırılıblarsa, bu şəxslər Cinayət Məcəlləsində bu və ya digər maddələri pozduğuna görə cəzalandırılıblar. Bunları dini fəaliyyət, etiqad azadlığı ilə əlaqəsi yoxdur. Bu gün bir jurnalist başqa bir əmələ görə cinayət məsuliyyətinə cəlb edilirsə, bu o demək deyil ki, jurnalist olduğuna görə həbs edilə bilməz. Yaxud kiminsə müəllim, həkim olduğuna görə cinayət məsuliyyətinə cəlb edilə bilməməsi mümkün deyil. Din xadimidirsə, başqa bir əməl törətdiyinə görə həbs olunubsa, bunu dini etiqad azadlığına bağlamaq düzgün deyil".
Mübariz Qurbanlı: "ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil"
24 may 2018 08:45 (UTC +04:00)
Din
Yeni Kaledoniya nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib - FOTO
13:50
17 aprel 2024
QMİ: 500-ə yaxın vətəndaş Həcc ziyarəti ilə bağlı işbazların qurbanı olub
14:08
16 aprel 2024
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb, səbəbləri açıqlanıb
14:00
16 aprel 2024
Həcc ziyarəti üçün kvota bəlli olub
13:25
16 aprel 2024