“Dəlixanada qətl” tamaşasının premyerası keçiriləcək

“Dəlixanada qətl” tamaşasının premyerası keçiriləcək
# 24 may 2018 11:57 (UTC +04:00)

Mayın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanı rus dilindən tərcümə edən Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR