"Euronews" telekanalı Bakı Şopinq Festivalı haqqında reportaj hazırlayıb

"Euronews" telekanalı Bakı Şopinq Festivalı haqqında reportaj hazırlayıb
# 26 may 2018 20:36 (UTC +04:00)

“Euronews” telekanalı Azərbaycanla bağlı reportaj təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü ilə “Euronews” telekanalında yayımlanan “Destination” proqramı növbəti sayını Bakı Şopinq Festivalına həsr edib. Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat, iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə turizm axınının artması üçün bu cür tanıtım və təbliğat materialları təşkil etməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR