Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olacaq
# 28 may 2018 09:09 (UTC +04:00)

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:


- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR