Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir

Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir
# 30 may 2018 01:33 (UTC +04:00)

Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib. APA-nın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.

Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR