Bakıda NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

Bakıda NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib
# 30 may 2018 10:09 (UTC +04:00)

Mayın 30-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR