Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedir

Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedir
# 30 may 2018 15:25 (UTC +04:00)

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası mayın 30-dan Rusiyanın Həştərxan vilayətinə təşkil olunur.

Bu barədə "APA-Econoimics"ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Missiya çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan istehsalı olan məhsullara dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Həştərxana təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda kənd təsərrüfatı, emal, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR